...

Nizami rayonunda baş verən yanğın söndürülüb (FOTO) (ƏALVƏ OLUNUB)

Hadisə Materials 28 Avqust 2021 08:35 (UTC +04:00)
Nizami rayonunda baş verən yanğın söndürülüb (FOTO) (ƏALVƏ OLUNUB)

Bakı. Trend:

Nizami rayonunda baş verən yanğın söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikinti materialları satışı mağazasının döşəməsi 10 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 9 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik ticarət mərkəzi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

Saat 07.43

Bakı şəhəri Nizami rayonunda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Nizami rayonu Qara Qarayev prospektində tikinti materialları satışı mağazaları olan hissədə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti