...

Peruda gəmilərin toqquşması nəticəsində 11 nəfər ölüb

Hadisə Materials 30 Avqust 2021 06:45 (UTC +04:00)
Peruda  gəmilərin toqquşması nəticəsində 11 nəfər ölüb

Bakı. Trend:

Peruda Ualyaqa çayında iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 11 nəfər həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Sahil mühafizəsinin şəxsi heyəti 60 nəfəri xilas edib və 11 cəsədi sudan qaldırıb", - HDQ-nin "Twitter" səhifəsində deyilir.

RPP radiostansiyasına görə, daha doqquz nəfər itkin düşmüş kimi siyahıya alınıb ​​və axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti