...

Sabiq icra başçısının koronavirusa yoluxduğu təcridxana karantinə alındı

Hadisə Materials 14 Sentyabr 2021 17:44 (UTC +04:00)
Sabiq icra başçısının koronavirusa yoluxduğu təcridxana karantinə alındı

Bakı. Samir Əli - Trend:

Astara Müvəqqəti Saxlama Təcridxanası karantinə götürülüb.

Bu barədə Trend-ə açıqlamasında təcridxanada koronavirusa yoluxan, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin vəkili məlumat verib. O bildirib ki, Mahir Quliyev koronavirusa yoluxandan sonra təcridxana tam olaraq karantinə götürülüb.

Xatırladaq ki, M.Quliyev adıçəkilən istintaq təcridxanasında koronavirus infeksiyasına yoluxub. Vəziyyəti ağırlaşan sabiq başçı Gömrük Hospitalına köçürülərək süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.

Mahir Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti