...

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Hadisə Materials 16 Sentyabr 2021 11:23 (UTC +04:00)
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Bakı. Samir Əli - Trend:

Kürdəmir rayonunda qadın evində qardaşı tərəfindən qətlə yetirilib. Kürdəmir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti