...

Karantin qaydalarını pozan restoran aşkarlandı, 8 nəfər saxlanıldı (FOTO)

Hadisə Materials 20 Sentyabr 2021 12:14 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, verilən məlumata görə Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə “ALİNA” şadlıq evində məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilmişdir. Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti