...

Sumqayıtda kafe, Ağstafada gözətçi köşkü yanıb

Hadisə Materials 8 Oktyabr 2021 09:13 (UTC +04:00)
Sumqayıtda kafe, Ağstafada gözətçi köşkü yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 400 kv.m olan fəaliyyət göstərməyən birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağstafa rayonunun Həsənsu kəndində isə ümumi sahəsi 16 kv.m olan gözətçi köşkünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti