Bakı. Trend:
Bakı şəhəri, Nizami rayonunda köhnə anbar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1600 kv.m olan anbarın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, şüşə-pambıqdan ibarət divar üzlüyü və içərisinə yığılmış istifadəyə yararsız taxta məmulatları 216 kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.