...

Bakıda tuneldə qəza olub, sıxlıq var (FOTO)

Hadisə Materials 25 Oktyabr 2021 11:28 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Paytaxtın Ağa Neymətulla küçəsində, tuneldə qəza baş verib.

Trend xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, hazırda qəza ilə əlaqədar Ağa Neymətulla küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir:

"Sıxlıq bu küçədən keçən müntəzəm marşrut xətlərinin intervalında ləngimələrə səbəb olub".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti