...

Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

Hadisə Materials 29 Noyabr 2021 11:18 (UTC +04:00)
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

Bakı. Samir Əli - Trend:

Sumqayıtda piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Dərhal başlanılan əməliyyat tədbirləri ilə həmin şəxsin Sumqayıt şəhər sakini Seymur Abdalov olması, yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini N.Yaqubov Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti