Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində 7 il əvvəl qətl törədib ölkədən qaçan şəxsin məhkəməsi başlayıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 9-na təyin olunub.
Qeyd edək ki, İbrahim Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunur.
İbrahim Muxtarov cinayətkar aləmin üzvü olub.