...

Suraxanıda üçmərtəbəli evdə yanğın olub

Hadisə Materials 4 Dekabr 2021 09:28 (UTC +04:00)
Suraxanıda üçmərtəbəli evdə yanğın olub

Bakı. Fərid Zöhrabov - Trend

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli evdə yanğın olub

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 100 kv.m) olan üçmərtəbəli mansarda tipli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 40 kv.m sahədə və mansardasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti