...

Yardımlı sakinindən odlu silah aşkarlanıb

Hadisə Materials 14 Dekabr 2021 16:00 (UTC +04:00)
Yardımlı sakinindən odlu silah aşkarlanıb

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu istiqamətdə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini E.Hacıyevdən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib. Fakt üzrə Yardımlı RPŞ-də müvafiq araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti