...

Daha bir şadlıq evinin sahibinə cinayət işi başlanıb

Hadisə Materials 28 Dekabr 2021 10:47 (UTC +04:00)
Daha bir şadlıq evinin sahibinə cinayət işi başlanıb

Bakı. Samir Əli - Trend:

Dekabrın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 193 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 188 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 58 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti