...

Moskvada oteldə liftin düşməsi nəticəsində iki nəfər ölüb

Hadisə 13 Yanvar 2022 22:53 (UTC +04:00)
Moskvada oteldə liftin düşməsi nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Moskvada oteldə liftin düşməsi nəticəsində iki nəfər ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, lift personal üçün nəzərdə tutulub və dünyasını dəyişən işçilər olub.

İlkin məlumata görə, liftə başqa adam olmayıb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyir, hadisənin səbəbləri araşdırılır.

Bildirilir ki, həyatını itirənlərdən biri liftin daxilində, digəri isə liftin üstündə təmir işləri ilə məşğul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti