...

Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı

Hadisə 18 Yanvar 2022 17:07 (UTC +04:00)
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı

Bakı. Samir Əli - Trend:

Qazaxda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ceyhun Mirzəyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman müxtəlif növ güclü təsiredici narkotik maddə sayılan dərman həbləri aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti