...

Almaniyada qatarlar toqquşub, ölən var

Hadisə Materials 15 Fevral 2022 03:22 (UTC +04:00)
Almaniyada qatarlar toqquşub, ölən var

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyanın Münhen ərazisində iki elektrik qatarı toqquşub, bir nəfər ölüb, 30-a yaxın insan xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Bayerischer Rundfunk" xəbər verib.

Yerli polisin verdiyi məlumatına əsasən, hadisə Ebenhauzen şəhərində saat 16:40 radələrində baş verib. Hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə 200-ə yaxın polis əməkdaşı gəlib, helikopter cəlb olunub.

Hadisədən sonra dəmir yolu xətti bağlanıb, xilasetmə işlərinin gecə saatlarına qədər davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti