...

Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb etdilər

Hadisə Materials 16 Fevral 2022 10:10 (UTC +04:00)
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb etdilər

Bakı. Samir Əli - Trend:

Bakıda məhkum döyülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 15-də Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilmiş B.Zeynalovun 2 nəfər tərəfindən döyülməsi və Ədliyyə Nazirliyi tərəfindən ayağına taxılmış bilərziyin alınaraq qaytarması müqabilində pul tələb edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti