...

Avtomobillə Yuxarı Şirvan kanalına düşən Rusiya vətəndaşının meyiti tapılıb

Hadisə Materials 17 Fevral 2022 19:21 (UTC +04:00)

Bakı. Trend:

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilində Yuxarı Şirvan su kanalına düşən 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin (Rusiya Federasiyası vətəndaşı) axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, V.Nimanixinin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti