...

Sumqayıtda avtobus dayanacaqlarına müxtəlif işarələr yazan iki azyaşlı olub - DİN

Hadisə Materials 17 Mart 2022 16:49 (UTC +04:00)
Sumqayıtda avtobus dayanacaqlarına müxtəlif işarələr yazan iki azyaşlı olub - DİN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsinə şəhər sakinlərindən avtobus dayanacaqlarında şəhərin estetik görünüşünə xələl gətirən, anlaşılmayan müxtəlif işarələrin yazılması barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dayanacaqların şüşələrinə işarələr yazan şəhər sakinləri yetkinlik yaşına çatmayan U.Salmanov və E.Yusifov (ad, soyad şərtidir) müəyyən edilərək valideynlərinin iştirakı ilə polis idarəsinə dəvət ediliblər.

Onlar valideynlərinin iştirakı ilə dindirilərkən törətdikləri əməli etiraf ediblər. Polis İdarəsində qeyd edilən əməli törədən azyaşlılarla və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb və bir daha belə hərəkətlərə yol verməməyin vacibliyi onların diqqətinə çatdırılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti