...

Masallı və Cəlilabadda su basmış ərazilərdən vətəndaşlar belə xilas edildi (VİDEO)

Hadisə Materials 21 Mart 2022 11:23 (UTC +04:00)
Masallı və Cəlilabadda su basmış ərazilərdən vətəndaşlar belə xilas edildi (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.

FHN-d'n Trend-ə verilən məlumata görə, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və qarlı-şaxtalı havada Cəbrayıl şəhərində 1 və Cəlilabad rayonunun Kövüzbulaq kəndində 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti