...

Bakıda avtomobil təmiri sexində yanğın olub

Hadisə Materials 25 Mart 2022 08:54 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 600 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən sahəsi 44 m² olan kimyəvi təmizləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti