...

Xızıda heroin alverçisi həbs edilib

Hadisə Materials 31 Mart 2022 09:19 (UTC +04:00)
Xızıda heroin alverçisi həbs edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Nurlan Muxtarov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti