...

Xaçmazda "Mercedes" küçədə yandı

Hadisə Materials 31 Mart 2022 10:18 (UTC +04:00)
Xaçmazda "Mercedes" küçədə yandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda "Mercedes" markalı avtomobil küçədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Ələsgərov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin arxa hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yük hissəsi və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti