...

Mingəçevirdə dəm qazından kütləvi zəhərlənmələrin səbəbi açıqlanıb

Hadisə Materials 4 Aprel 2022 14:22 (UTC +04:00)
Mingəçevirdə dəm qazından kütləvi zəhərlənmələrin səbəbi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən axşam saatlarında Mingəçevir şəhərində dəm qazından zəhərlənmələr baş verən ünvanlara baxış keçirilib.

Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə qəza-dispetçer xidmətinin rəisi İlqar Cəfərov Trend-ə bildirib ki, ümumilikdə səkkiz ünvana baxış keçirilib.

“Baxış keçirdiyimiz ünvanların əksəriyyətində tüstü bacaları işlək vəziyyətdə deyil. Həmin ünvanlarda tüstü bacaları təmizlənmədiyindən, qazı sovurub apara bilmir. Bundan başqa baxdığımız bəzi ünvanlarda abonentlər tüstü bacası əvəzinə nəfəslikdən istifadə edirlər. Bu da qaydalara ziddir. Belə ki, tüstü bacaları tikinti qaydalarına uyğun olaraq tikilir. Həmin ünvanlarda istilik üçün kombidən istifadə yerinə axımlı su qızdırıcılarından istifadə edilməsi aşkarlanıb", - deyə xidmət rəisi bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlarda dəm qazından zəhərlənmə halları baş verib və təcili yardıma fasiləsiz olaraq çağırışlar daxil olub.

Zəhərlənənlərin sayı 15 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti