...

Kubanın paytaxtında partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 May 2022 07:39 (UTC +04:00)
Kubanın paytaxtında partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Kubanın paytaxtı Havana şəhərində oteldə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi hadisə şahidləri və Kubanın dövlət televiziyasına istinadla xəbər verir.

Məlumata görə, partlayış nəticəsində 70-dən çox insan yaralanıb.

Səhiyyə orqanları partlayışın 300-dən çox şagirdin olduğu məktəbdə dağıntı və tələfata səbəb olduğunu qeyd edib. Belə ki, azı 15 uşağın yaralandığı və bir uşağın öldüyü bildirilir.

Kubanın turizm naziri Xuan Karlos Qarsiya söyləyib ki, ilkin məlumatlara görə, partlayış nəticəsində ölən və yaralananların arasında xarici vətəndaş yoxdur.

06.05.2022 22:24 (GMT+4)

Kubanın paytaxdı Havana şəhərinin mərkəzində yerləşən oteldə güclü partlayış baş verib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, daha 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıblar.

Yerli televiziyada fəlakət yerindən açıqlama verən Kuba prezidenti Miqel Diaz-Kanel "Saratoga" otelindəki partlayışın böyük ehtimalla qaz sızmasından baş verdiyini söyləyib.

Partlayışın gücündən binanın azı iki mərtəbəsi uçub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti