...

Çətənə yetişdirən Bərdə sakini saxlanılıb

Hadisə Materials 12 May 2022 10:22 (UTC +04:00)
Çətənə yetişdirən Bərdə sakini saxlanılıb

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elgiz Məmmədov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 21 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir və məhkəmənin qərarı ilə E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti