...

Bərdədə yük avtomobilləri yanacaq doldurma məntəqəsinə çırpılıb, xəsarət alanlar var (FOTO)

Hadisə Materials 18 May 2022 19:32 (UTC +04:00)
Bərdədə yük avtomobilləri yanacaq doldurma məntəqəsinə çırpılıb, xəsarət alanlar var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə “Kamaz” və “HOWO” markalı yük maşınları yanacaq doldurma məntəqəsinə çırpılıb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə Bərdə-Yevlax magistiral yolunun Bərdə ərazisindən keçən hissəsində baş verib.

Vahid Təhməz oğlu Cəfərov idarə etdiyi KAMAZ markalı yük maşını və İran İslam Respublikasının vətəndaşı Heydərqulu Məhəmmədəhəd Mehdiqulu oğlunun idarə etdiyi “HOWO” markalı yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Yanacaq doldurma məntəqəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Hər iki sürücü Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Azərbaycanlı sürücü ilkin tibbi yardımdan sonra evə buraxılsa da, iranlı sürücünün müayinəsi davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb, hadisənin başvermə səbəbi öyrənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti