...

BDU-nun avtoqəzada xəsarət alan tələbələrinin son vəziyyəti AÇIQLANDI

Hadisə Materials 19 May 2022 10:16 (UTC +04:00)
BDU-nun avtoqəzada xəsarət alan tələbələrinin son vəziyyəti AÇIQLANDI
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Axşam saatlarında Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.

Xəsarət alanlar 2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu olub. Onları yolu keçərkən taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva Trend-ə bildirib ki, tələbələr yüngül sınıq xəsarətləri alıb.

"Onlar artıq xəstəxanadan evə buraxılıblar. Hər üçü Sosial elmlər və psixologiya fakültəsinin tələbəsidir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti