...

Səlim Müslümovun səhhətində problem yarandı, müalicə müəssisəsinə köçürüldü

Hadisə Materials 21 May 2022 14:31 (UTC +04:00)
Səlim Müslümovun səhhətində problem yarandı, müalicə müəssisəsinə köçürüldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.

Trend-in məlumatına görə, sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Onun səhhətindəki problem barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, S.Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

O Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti