Bakı. Trend:
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ciddə şəhərindən Bakıya yola düşən (J2-1092 reysi) təyyarəsinin uçuş saatı texniki səbəblərə görə gecikir.
"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.