...

Oğuzda yaşayış evində yanğın olub, ölən var

Hadisə Materials 28 May 2022 08:45 (UTC +04:00)
Oğuzda yaşayış evində yanğın olub, ölən var

Bakı. Trend:

Oğuz rayonunun Şirvanlı kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti