...

Qubada 59 yaşlı kişi qətlə yetirilib

Hadisə Materials 4 İyun 2022 11:23 (UTC +04:00)
Qubada 59 yaşlı kişi qətlə yetirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 3-ü saat 23 radələrində Quba rayon sakini, 1963-cü il təvəllüdlü Eldar Hacıyevin rayonun Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1968-ci il təvəllüdlü Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Eldar Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti