...

Sonuncu kurs tələbəsi dənizdə boğulub ölüb

Hadisə Materials 22 İyun 2022 10:50 (UTC +04:00)
Sonuncu kurs tələbəsi dənizdə boğulub ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib.

O qeyd edib ki, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.

"O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.

Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk",- K.Quliyeva deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti