...

Rusiyada "İl-76" təyyarəsi qəzaya uğrayıb, 3 nəfər həlak olub

Hadisə Materials 24 İyun 2022 06:38 (UTC +04:00)
Rusiyada "İl-76" təyyarəsi qəzaya uğrayıb, 3 nəfər həlak olub

Bakı. Trend:

"İl-76" hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Rusiyanın Ryazan vilayəti yaxınlığında sərt eniş edib, qismən yerdə dağılıb, zərərçəkənlər tibb müəssisələrinə aparılıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"İyunun 24-də "İl-76" hərbi-nəqliyyat təyyarəsi Ryazan vilayətində sərt eniş edib. Yüksüz təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enmək qərarına gəlib", - deyə Nazirlik qeyd edib.

Məlumata əsasən, xəsarət alan ekipaj üzvləri tibb müəssisələrinə yerləşdirilib.

Daha əvvəl mənbədən verilən məlumata görə, Ryazan yaxınlığında "İl-76" təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin yaralanıb, daha 3 nəfərin ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti