...

Gecə saatlarında Bakının mərkəzindəki yanğında iki avtomobil də yanıb (VİDEO)

Hadisə Materials 29 İyun 2022 09:48 (UTC +04:00)
Gecə saatlarında Bakının mərkəzindəki yanğında iki avtomobil də yanıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dünən gecə saatlarında Bakının mərkəzində baş vermiş yanğın zamanı ərazidə olan iki avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb. Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159mm olan qaz xətti yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti