Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib