...

Ağdaşda üzərində narkotik daşıyan şəxs saxlanılıb

Hadisə Materials 20 İyul 2022 16:31 (UTC +04:00)
Ağdaşda üzərində narkotik daşıyan şəxs saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayon sakini Səbuhi Vəliyev saxlanılıb.Şəxsi axtarış zamanı ondan sellofan torbada 400 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti