...

Tülküyə qəddarlıq edənlər saxlanıldı

Hadisə Materials 25 İyul 2022 16:32 (UTC +04:00)
Tülküyə qəddarlıq edənlər saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Trend-ə bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.

Onlar hadisəni etiraf edərək peşiman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti