Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Muğan” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.