...

Bu il Azərbaycanda 1 600 hektar meşə ərazisi yanıb

Hadisə Materials 22 Sentyabr 2022 19:22 (UTC +04:00)
Bu il Azərbaycanda 1 600 hektar meşə ərazisi yanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Avropada son 15 il ərzində baş verən meşə yanğınları bu il rekord həddə çatıb. Təxminən 700 min hektar meşə ərazisi yanıb. Bu il Azərbaycanda 5 100 hektar ərazidə yanğın olub ki, onun da 1 600 hektarını meşə ərazisi təşkil edir.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

"Azərbaycandakı yanğınların tədqiqində "Azərkosmos"un çox böyük rolu oldu. Kosmik monitorinqlər nəticəsində həm miqyası qiymətləndirmək, həm də gedişatı proqnozlaşdırmaq mümkün oldu", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti