...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 14 Noyabr 2022 08:51 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti