...

Bərdədə məktəb binası yanıb

Hadisə Materials 15 Noyabr 2022 10:14 (UTC +04:00)
Bərdədə məktəb binası yanıb

Bakı. Trend:

Bərdə rayonunun Əyricə kəndində orta məktəb binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 532 kv.m olan (hər mərtəbəsi 266 kv.m) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti