...

Qonşusunun evindən 18 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 17 Noyabr 2022 10:59 (UTC +04:00)
Qonşusunun evindən 18 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Masallıda qonşusunun evindən 18000 manatlıq qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı rayonunun Bədəlan kəndində yerləşən evlərdən birindən 18 min manat dəyərində qızıl zinət əşyalarının və 40 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qonşusu Murad Əzizov olduğu müəyyən edilib.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb. Saxlanılan Anar Kərimov və onun narkotik vasitəni əldə etdiyi Renad Məmmədzadədən külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti