...

Bakıda qapı arxasında qalan uşaqlar xilas edilib

Hadisə Materials 21 Noyabr 2022 23:35 (UTC +04:00)
Bakıda qapı arxasında qalan uşaqlar xilas edilib

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti