...

Sumqayıtda ikimərtəbəli ev yanıb

Hadisə Materials 27 Noyabr 2022 08:45 (UTC +04:00)
Sumqayıtda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəxində 4 m² sahədə mebel, soyuducu, qaz sobası və aspirator yanıb.

Fövqəladə Hallar Nazirliyindən bazar günü Trend-ə bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti