...

Masallı sakini tüfəngdən açılan atəş nəticəsində ölüb

Hadisə Materials 9 Dekabr 2022 21:24 (UTC +04:00)
Masallı sakini tüfəngdən açılan atəş nəticəsində ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 9-da Saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə cümə günü DİN-in mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə hadisə Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu cəlb edilib. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti