Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyidən məlumat verilib.
xxx
11.15
Qaradağda yanacaq-sürtkü məhsulları saxlanılan anbar yanır.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin
(FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu,
Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda
yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin
yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.