Bakı. Trend:
Dekabr ayının 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır.