...

Gəncədə zəncirvari qəzada piyada öldü

Hadisə Materials 29 Dekabr 2022 09:39 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə piyadanın ölümü ilə nəticələnən zəncirvari qəza olub.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri Mir Cəlal Paşayev küçəsində baş verib.

Şəhər sakini Hüseyn Məmmədov gecə saatlarında idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan piyada Ramil Musayevi vurmamaq üçün avtomobili qaçıraraq yolun əks istiqamətinə çıxıb. Bu zaman onun idatrə etdiyi avtomobil qarşı hərəkət zolağında olan Hüseyn Məmmədovun sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində H. Məmmədov idarəetməni itirərək onunla eyni zolaqda hərəkət edən Abdulla Vəliyevin idarə etdiyi "Daewo Nexia" markalı avtomobilə çırpılıb. "Daewo Nexia" markalı avtomobil isə nəticədə piyada Ramil Musayevi vuraraq öldürüb, H. Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti