Bakı. Trend:
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 52 nəfər ölüb, 18 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə ölkənin risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın hesabatındə bildirilib.
Məlumata əsasən, ölkənin 10 bölgəsində 640,7 mindən çox insan daşqınlardan zərər çəkib.
Bildirilib ki, 67,2 min məcburi köçkün 170 təxliyə məntəqəsindədir. Ən azı 1,42 min nəfər əvvəlcədən evlərini tərk edib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təbii fəlakət 100 milyon peso (1,78 milyon dollar) dəyərində 4,68 min evlərə ziyan vurub.